Neymardan yeni rekord: Həyatımın ən gözəl oyunu idi10-03-2017, 09:36
Çap et Braziliyalı forvard buna Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında nail olub. Belə ki, PSJ ilə dünənki görüşün qəhrəmanı olan "sambaçı" qollarla yanaşı, assist sayını da artırıb. 6:1 hesablı qələbənin memarı olan Neymar cari mövsüm ÇL-də məhsuldar ötürmələrinin sayını 8-ə yüksəldib. Bu isə Avropanın ən nüfuzlu klub turniri tarixində bir ilkdi. Ulduz futbolçu dünənki zəfəri belə şərh edib: "Bu, həyatımın ən gözəl oyunudu. Matçın ssenarisi, qollar və komandanın uğuru: hər şey bir-birini tamamladı. Çox xoşbəxtəm. Hələ oyundan əvvəl deyirdik ki, istənilən rəqibi keçmək gücündəyik. Parisdəki yenilgiyə üzülsək də, təslim olmadıq. Serxi Robertonun qolunda isə ona özüm dedim ki, ora doğru hərəkət eləsin". Qeyd edək ki, ilk görüşdə 0:4 hesabı ilə məğlub olan "Barselona" cavab matçında 5 top fərqi ilə (6:1) qələbə qazanaraq, 1/4 finala adlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
