İrandan narkotik gətirən qadınlar MƏHKƏMƏ QARŞISINDA29-06-2015, 20:43
Çap et Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Elnur Mehdiyev, Nərgiz Cəfərova və Güllü Atakişiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 1-nə təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşalrının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham edilirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Elnur Mehdiyev, Nərgiz Cəfərova və Güllü Atakişiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.