Dollar mayadək ucuzlaşa bilər27-03-2017, 10:31
Çap et 2017-ci ildə olduğu kimi, 2016-cı ilin Mart ayında da Dolların rəsmi məzənnəsi aşağı düşmüşdü."Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin 11 Mart tarixində USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmışdı. 14 Martdan etibarən isə rəsmi məzənnə düşməyə başlamış və ta 25 Mayadək davam etmişdi. 25 May 2016-cı il tarixində Dollar/Manat məzənnəsi 1.4900 manat səviyyəsini görmüşdü. 2017-ci ildə Dolların Manat qarşısındakı gedişi 2016-cı ildəki gedişinə bənzərlik göstərir. 2016-cı ilin Yanvar ayının 25-dək Dollar bahalaşmış və 1.6054 səviyyəsinə qalxmışdı.26 Yanvar- 24 Fevral 2016-cı il tarixlərində Dollar Manat qarşısında ucuzlaşmış və 1.5593 səviyyəsinə düşümüşdü. 25 Fevral -11 Mart 2016-cı il tarixilərində isə Dollar/Manat məzənnəsi 1.5593 səviyyəsindən 1.6456 manat səviyəsinədək qalxmışdı. 14 Martdan 25 Mayadək Dollar yenidən ucuzlaşmışdı (1.6456 manatdan 1.49 manatadək). Bu ilin Yanvar ayı daxil, Dollar Manat qarşısında 02 Fevral 2017-ci il tarixinədək qalxmış və 1.92 manat səviyyəsini görmüşdü. 03 Fevral 2017-ci il tarixindən 16 Fevral 2017-ci il tarixinədək məzənnə düşmüş (1.92 manatdan 1.7296 manata), 17 Fevraldan 9 Martadək qalxmışdır (1.7296 manatdan 1.7563 manatadək). Martın 10-dan başlayaraq Dollar/manat rəsmi məzənnəsi yenidən düşməyə başlayıb, artıq məzənnə 1.7563 manatdan 1.7202 manatadək düşüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

2017-ci ildə olduğu kimi, 2016-cı ilin Mart ayında da Dolların rəsmi məzənnəsi aşağı düşmüşdü.