Heqiqet.Az » hadise » Bakıda QANLI DAVA: gecə klubunda konsert zamanı müştərini öldürdülər - YENİLƏNİB


Bakıda QANLI DAVA: gecə klubunda konsert zamanı müştərini öldürdülər - YENİLƏNİB

28-03-2017, 09:42
Çap et
Bakıda QANLI DAVA: gecə klubunda konsert zamanı müştərini öldürdülər - YENİLƏNİB Müğənni Elvin Babazadənin solo proqramı zamanı ölüm hadisəsi baş verib. Hadisə Nəsimi rayonu, Bülbül prospekti, 39F ünvanında yerləşən "Do Re Mi" musiqi klubunda qeydə alınıb.
Klubda olan Telman Məmmədov adlı şəxs dostu ilə yeyib-içərkən onlarla klubun inzibatçısı Fərhad Musayev arasında mübahisə düşüb. Mübahisə kütləvi davaya çevrilib. Fərhad Musayev Telman Məmmədovu yumruqla vurub, zərbənin təsirindən müvazinətini itirən Məmmədov yerə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. Adı çəkilməyən dostu Telman Məmmədovu evə aparan zaman o yolda keçinib.
Abşeron Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
***
11:46
Bakıda gecə klubunda dava zamanı xəsarət alan şəxs ölüb. Daxili İşlər Nazirliyi xəbər verir ki, martın 25-də Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.
Reytinq: