Heqiqet.Az » idman » “Neymar Mourinyonun yanına getməkdənsə...” – Ronaldo


“Neymar Mourinyonun yanına getməkdənsə...” – Ronaldo

30-03-2017, 12:22
Çap et
“Neymar Mourinyonun yanına getməkdənsə...” – Ronaldo “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo “Barselona”nın hücumçusu Neymara məsləhət verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür.
O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: “Onun üçün “Barselona”da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək”.
Qeyd edək ki, Neymar “Mançester Yunayted” və “Çelsi”nin maraq dairəsindədi.
Reytinq: