Azərbaycanlı iş adamı minaya düşüb - DONETSKDƏ29-06-2015, 21:20
Çap et Ukraynanın Donetsk vilayətində yaşayan azərbaycanlı iş adamı tərəvəzlə yüklü iki avtomobili ilə Rusiyaya keçərkən minaya düşüb.Donetsk vilayəti azərbaycanlıları Konqresindən verilən məlumata görə, nəticədə biznesmen və avtomobillərin sürücüləri (yerli sakinlər) ağır yaralanıblar. Məlum olub ki, iş adamı əslən Gürcüstandan olan, 56 yaşlı Ukrayna vətəndaşı Səlmidar Quliyevdir. Pomidor və xiyarla yüklü maşınlar iyunun 26-da Ukraynanın Donetsk vilayətinin Rusiya sərhədinə yaxın ərazidə minaya düşüb. Hər iki ayağından ağır yaralanan iş adamı hazırda Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Konqresdən bildirilib ki, son vaxtlar Ukraynadan ticarət məqsədi ilə Rusiya istiqamətində hərəkət edən yük maşınlarının minaya düşməsi halları artıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ukraynanın Donetsk vilayətində yaşayan azərbaycanlı iş adamı tərəvəzlə yüklü iki avtomobili ilə Rusiyaya keçərkən minaya düşüb.