Demo Sayt » medeniyyet » İctimai yerdə öpüşmək müzakirə mövzusuna çevrilib


İctimai yerdə öpüşmək müzakirə mövzusuna çevrilib

30-03-2017, 17:46
Çap et
İctimai yerdə öpüşmək müzakirə mövzusuna çevrilib İki gəncin metroda öpüşməsi sosial şəbəkələrdə müzakirə mövsuna çevrilib. Bəs ictimai yerlərdə öpüşmək qanun pozuntusu hesab edilirmi?
Bunu şərh edən vəkil Fariz Namazlı bildirib ki, ictimai yerlərdə öpüşmək qanun pozuntusu deyil: “Bəzən polislər öpüşən şəxslərə yaxınlaşaraq İnzibati Xətalar Məcəlləsinə istinad edirlər ki, qanunu pozurlar. Bildirirlər ki, onlar xırda xuliqanlıq edirlər. Polislər qızla oğlanı polis bölməsinə dəvət edirlər. Halbuki burada heç bir xuliqanlıqdan söhbət gedə bilməz. İndiyə qədər heç kim öpüşdüyünə görə məsuliyyətə cəlb olunmayıb. Sadəcə, bizdə oğlanlar qızın bölməyə getməməsi üçün digər yollara əl atırlar”.
Lakin vəkil onu da qeyd edib ki, öpüşmək seksual xarakterli davranışlarla müşayiət olunursa, o zaman qanun çərçivəsində inzibati qaydada cərimə oluna bilərlər.
Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərə etirazı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələyə fərqli yanaşmalar ortaya qoyulub. Bəs görəsən, ictimai yerlərdə sevgi hissini aşkar büruzə vermək dində necə qəbul olunur?

İlahiyyatçı Hacı Şahin Həsənli məsələnin dində necə qarşılandığını bildirib: "Düzdür, biz azad cəmiyyətdə yaşayırıq və insanlar seçimlərində azaddır. Amma cəmiyyətdə qəbul olunan qaydalar var. O gənclərə izah etmək lazımdır ki, metro bu işlər üçün münasib yer deyil. Bu günahdır. İnsanın intim hərəkətləri cəmiyyət içərisində etməsi dini nöqteyi-nəzərdən günah sayılır".
O ki, qaldı müzakirə prosesində insanların bir-birini təhqir etməsinə: "Bir insan səhv edirsə, onu tənqid etdiyimiz zaman biz də növbəti səhvi etməməliyik. Qeyri-etik davranan insanı biz də qeyri-etik tərzdə tənqid etməməliyik. Heç bir halda insanların şəxsiyyətini tənqid etmək olmaz. Ən qatı cinayətkarın, ən əxlaqsız insanın belə təhqir etməyə haqqımız yoxdur! İstənilən insanın şəxsiyyəti toxunulmazdır. Din də şəxsiyyətin toxunulmazlığını təsdiq edir. Hər hansı müzakirə dözümlülük tələb edir. Əxlaqsızlıqla əlxaqsız tərzdə mübarizə aparmaq olmaz". İctimai yerdə öpüşmək müzakirə mövzusuna çevrilib Prodüser Təranə Səmədova deyib ki, qızım metroda öpüşsə, ya onu öldürərəm ya özümü. Metroda öpüşməkdə qeyri-adi heç nə yoxdur: "Demokratik ölkədə yaşayırıq. Hər kəs istədiyi addımı ata bilər. Ancaq bu o demək deyil ki, ədəbsizlik edilsin. Şəxsən mən özüm belə bir şey etmərəm və ya övladım belə hərəkət etsə, onu öldürərəm. Olmaz".
Reytinq: