1 aya 12 kilo arıqlayın29-06-2015, 21:37
Çap et 15 gün ərzində yağsız proteinlər, tərəvəzlər, fındıq, az yağlı pendir, süd məhsulları və yumurta yeyəcəksiz. Heqiqet.az Aile.lent.az istinadəa1 ayda 12 kilo arıqlamanıza kömək edən pəhriz proqramını təqdim edir. Səhər 150 ml tərəvəz suyu kokteyli Təzə ədviyyat və göbələklə hazırlanmış qayğanaq 2 dilim təzə vetçina Kofeinsiz qəhvə və ya çay Günortadan əvvəl Bir tikə az yağlı pendir Günorta Alma sirkəsi və süzmə zeytun yağlı kahı salatı Dilim - dilim sobada bişirilmiş toyuq filesi Qəlyanaltı 1 ədəd xiyarın üzərinə az yağlı inək pendiri sürtüb yeyin Axşam Buxarda bişirilmiş brokoli və gül kələmi Qızardılmış pomidorla qızardılmış bifşteks İkinci həftə Səhər 1 kasa meyvəli qatıq Günortadan əvvəl 1 pors pendir Günorta Toyuq salatı ( limonlu, zeytun yağlı və pomidor, xiyarlı ) Qəlyanaltı 1 pors meyvə Axşam Qızardılmış ət Qaynamış tərəvəz 1 kasa yağsız qatıq Tərəvəz kokteylinin resepti: 30 qr xiyar 30 qr kərəvəz 2 yaşıl kahı yarpağı 1 orta boy soğan 5-6 ədəd içi bibərli yaşlı zeytun 1 pomidor 1 çay qaşığı sirkə Duz, istiot 1 çay qaşığı zeytun yağı Hazırlanması: Tərəvəzləri yuyun və iri-iri doğrayın. Qaynar duzlu suya batırıb çıxarın və soyuq suyun altına tutun. Kokteyl qabına tərəvəzləri qoyun. Halqa-halqa doğranmış soğan və zeytunları əlavə edin. Üzərinə 1 çay qaşığı ketçup gəzdirin. Bir digər qabda yağ, sirkə, duz və istiotu qarışdırıb salatın üzərinə gəzdirin. 15 günlük müddətdə qırmız ət, balıq, bol miqdarda tərəvəz, yumurta, pendir, fındıq yeyin. Dəniz məhsulları, toyuq, hinduşkanı normal porslarda yeyin. Salatlarınızın üzərinə zeytun yağı da əlavə edin. Axşam yeməyindən sonra şirniyyat yeyə bilərsiz. Bol su için. Ciyər, qabırğa, qanad, yağlı ətlər, bud, krem pendir, pəncər, kök, düyü, kartof, yer alması, alma, şaftalı, armud, qreypfrut kimi meyvələr ilk həftə boyunca qadağandır. Çörək, plov, makaron, yulaf və keks kimi nişasta və karbohidratlı yeməklərdən uzaq durun. İlk iki həftə sonunda alma, armud, şaftalı kimi meyvələri gündə bir ədəd yeyin və səhər yeməyinə 1 dilim taxıl çörəyi də qata bilərsiniz. Fərizə Əhmədova Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
