Heqiqet.Az » iqtisadiyyat » Altı yaşayış məntəqəsini birləşdirən yol təmir olunur


Altı yaşayış məntəqəsini birləşdirən yol təmir olunur

5-04-2017, 12:19
Çap et
Altı yaşayış məntəqəsini birləşdirən yol təmir olunur İmişli rayonu İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, hazırda yol boyu torpaq işləri görülür və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilir. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Hazır olan hissələrə isə asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Ümumilikdə ikiqat olmaqla yolun 140 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Əvvəllər çınqıl və torpaq örtüklü olan yolla vətəndaşların gediş-gəlişində müəyyən problemlər yaşanırdı. Ancaq yolun yenidən qurulması ilə bu problemlər köklü şəkildə həll olunacaq.
Uzunluğu 23 km, eni 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Asfaltlanma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfüqi xətlərin çəkilişi işləri aparılacaq. Eyni zamanda yol boyu zəruri olan yerlərdə 30 ədəd suötürücü boru da quraşdırılacaq.
Qeyd edək ki, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi 6 yaşayış məntəqəsinin əhalisini gediş-gəlişini xeyli asanlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla yük və sərnişin daşıması rahatlaşacaq.
Reytinq: