Heqiqet.Az » idman » Ronaldo 7 nömrəni seçmə səbəbini açıqladı


Ronaldo 7 nömrəni seçmə səbəbini açıqladı

6-04-2017, 10:47
Çap et
Ronaldo 7 nömrəni seçmə səbəbini açıqladı "Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 7 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb.
Ronaldo 7 nömrəni seçməsini "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusonun məsləhət bildiyini deyib:
"Vaxtilə "Mançester Yunayted"də oynamış Corc Best, Erik Kantona, Devid Bekhem kimi oyunçular 7 nömrəli forma altında çıxış edib. Mən 28 nömrəli formanı geyinməyi düşünürdüm. Ancaq baş məşqçimiz Aleks Ferqyuson 7 nömrəli futbolkanı seçməyimi istədi. O, "bu formanı geyinmiş bütün futbolçuları yaxşı tanıyıram" dedi".
Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Real"a transfer olunduqdan sonra bir müddət 9 nömrəli forma altında çıxış etsə də, Raulun klubdan ayrılmasından sonra burda da 7 nömrəli formanı seçib.
Reytinq: