45 yaşlı toyda güllələndi - BEYLƏQANDA6-04-2017, 10:54
Çap et Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.Beyləqan Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N. Mirzəyev odlu silahdan atəş açaraq M. Zalovu yaralayıb. Yaralı ağır vəziyyətdə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın baş həkimi Əli Məmmədov bildirib ki, M. Zalov sol bazu nahiyəsindən güllə yarası alıb. İlkin tibbi yardım göstərildikdən sonra M. Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.