Heqiqet.Az » dunya » Putin ABŞ-ın Suriyanı vurmasını “aqresiya” adlandırdı


Putin ABŞ-ın Suriyanı vurmasını “aqresiya” adlandırdı

7-04-2017, 10:45
Çap et
Putin ABŞ-ın Suriyanı vurmasını “aqresiya” adlandırdı Rusiya prezidenti Vladimr Putin ABŞ-ın Suriyaya endirdiyi zərbələri suveren bir ölkəyə qarşı beynəlxalq qanunların pozulması hesab edir.
Bu barədə rəsmi Kremlin mətbuat katibi Dmitriy Peskov məlumat verib. Onun sözlərinə görə, Suriya ordusu kimyəvi silah ehtiyatına malik deyil:
Suriya hərbi qüvvələrinin kimyəvi silah ehtiyatını məhv etməsinə BMT nəzarət edir. Bununla yanaşı, Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silah istifadəsi nisbətən vəziyyəti çətinləşdirir.
Peskovun sözlərinə görə, Rusiya dövlət başçısı ABŞ-ın Suriyaya endirdiyi zərbələri İraqda mülki əhali arasında çox saylı insan itkisindən fikri yayındırmaq cəhdi adlandırıb.
Rusiya prezidenti hesab edir ki, rəsmi Vaşinqtonun bu addımı Rusiya-Amerika arasında onsuzda gərgin olan münasibətlərə mənfi təsir göstərəcək.
Ötən gecə ABŞ hərbi gəmiləri 59 qanadlı raket buraxaraq Suriyanın Homs vilayətindəki "Şəyrat” hərbi bazasına raket zərbələri endirib.
Pentaqon İdlibə kimyəvi silahların məhz bu hərbi bazadan atıldığını iddia edir.
Reytinq: