TQDK SAT imtahanlarının tarixlərini açıqladı30-06-2015, 19:42
Çap et Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015 və 2016-cı illərdə keçiriləcək SAT imtahanlarının tarixlərini açıqlayıb.TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, SAT imtahanları 3 oktyabr, 5 dekabr, 23 yanvar, 7 may ( 2016), 4 iyun (2016) tarixlərində keçiriləcək. Qeyd edilən tarixlərdə SAT imtahanlarına qeydiyyat artıq başlanıb. Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015 və 2016-cı illərdə keçiriləcək SAT imtahanlarının tarixlərini açıqlayıb.