Heqiqet.Az » hadise » Tovuzda ağır yol qəzası - ölən var


Tovuzda ağır yol qəzası - ölən var

12-04-2017, 11:43
Çap et
Tovuzda ağır yol qəzası - ölən var Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Qovlar şəhəri ərazisində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü İsrafilov Sadiq Zakir oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:15-də başa çatıb.
Reytinq: