Demo Sayt » sosial » Komitə sədri: "Sovetski"də sökülən məscidlərin əvəzinə yeniləri tikiləcək


Komitə sədri: "Sovetski"də sökülən məscidlərin əvəzinə yeniləri tikiləcək

12-04-2017, 15:01
Çap et
Komitə sədri: "Sovetski"də sökülən məscidlərin əvəzinə yeniləri tikiləcək Bakının “Sovetski” adlanan ərazisində sökülən məscidlərin əvəzinə yeni məscidlər tikiləcək. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, həmin məscidlərin əvəzinə "Sovetski" adlanan ərazidə yer müəyyən edilib yeniləri tikiləcək:
"Sökülən məscidlər çox köhnə, yararsız vəziyyətdədir, eyni zamanda qeydiyyatı yoxdur. Orada özünüz də baxsanız görərsiniz ki, məscidlər yararsız vəziyyətdədir”.
Dövlət Komitəsinin sədri bildirib ki, bəziləri məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır.
Reytinq: