Bu kadrlara diqqətlə baxın - VİDEO20-04-2017, 18:55
Çap et "Canlı bomba" avtomobilini Rəşidin rayonunda yanacaqdoldurma stansiyasının yanında partladıb. Stansiyanın yaxınlığında İdlib vilayətindəki Əl Fua və Kefraya qəsəbələrinin sakinlərinin əyləşdikləri avtobuslar vardı. Onlar terrorçuların mühasirəyə aldıqları qəsəbələrdən təlxiyə olunmuşdular. Cibrin şəhərindəki qaçqınların müvəqqəti yerləşdirilmə mərkəzinə yollanan avtobus karvanı Rəşidindəki yanacaqdoldurma stansiyasında fasilə üçün durmuşdu. Əl Fua və Kefraya qəsəbələrindən sakinlərlə yanaşı, Dəməşq yaxınlığındakı Zəbadani və Mədaya dağ kurortlarından "Cəbhət əl Nusra"nın terrorçuları çıxarılır. Teraktı İŞİD reallaşdırıb. Həmin partlayışda yaralananların xəstəxanalara aparıldığı təcili yardım avtomobillərindən birində oturmuş balaca qız alnındakı ağır yarasının sarındığı zaman donuq, qorxmuş təsir bağışlayırdı. Lakin feldşer iki əlcəyi üfürəndə qızcığaz gülümsəyə başlayıb. Lütfən, kadrlara diqqətlə baxın: qızın gülümsəməsi Suriyadakı dəhşətə, qanlı vətəndaş müharibəsinə rəğmən gələcəyə ümidin olduğunu göstərir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
