Heqiqet.Az » sehiyye » Günəş yanıqlarına qarşı təbii MASKA


Günəş yanıqlarına qarşı təbii MASKA

1-07-2015, 19:28
Çap et
Günəş yanıqlarına qarşı təbii MASKA Yay aylarında havanın çox isti olması və vaxtımızın çoxunu bayırda keçirdiyimiz üçün bəzi dəri problemləri daha tez meydana gəlir. Yay aylarında sıx rastlanan dəri problemlərindən biri də günəş yanıqlarıdır. Günəşdən qorunmayan insanların dərisində qızartı ilə özünü göstərən günəş yanıqları yaranır.
İsti yay günlərində günəşdə ən uzağı 20 dəqiqə qalın. Yox, əgər çox qalmısınızsa, bol su için, dəriyə rahatladan yağlı kremlər, zeytun yağı sürtün. Bundan başqa yanmış dərinizə soyuq su ilə kompres edə bilərsiz.
Günəş yanıqları üçün cəfəri maskası
Yarım cəfərini blenderdən keçirin, 1 xörək qaşığı qatıq və 1 dilim limon əlavə edin.
Dərinizə ovalayaraq sürtün. 45 dəqiqə saxlayın. 3 gündə bir bu maskanı dərinizə vurun.
Reytinq: