Litva Seyminin üzvləri Xocalı soyqırımı ilə bağlı müraciət qəbul ediblər27-04-2017, 11:48
Çap et Azərbaycanın Litvadakı səfirliyindən APA-ya bildirilib ki, sənəddə Dağlıq Qarabağ münaqişəsinin XX əsrdə baş vermiş ən faciəli münaqişələrdən biri olduğu göstərilib. Qeyd olunub ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin salınıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanıb. Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı veriblər. Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilib. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra edilməsinin çağırışı ilə çıxış ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
