Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək2-05-2017, 11:46
Çap et Çempionlar Liqasının son qalibi “Real” turnirin son finalçısı “Atletiko”nu qəbul edəcək. “Real” ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqibdir. Ötən mövsüm əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında “Atletiko” rəqibinə boyun əymişdi. 2013/2014 mövsümünün də finalında məhz bu iki komanda qarşılaşmışdı. Həmin vaxt görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş, lakin əlavə 30 dəqiqədə “Real” rəqib qapısından daha 3 top keçirərək, turnirin qalibi adını qazanmışdı. La Liqanın cari mövsümündə “Real” və “Atletiko” arasında keçirilmiş 2 görüşdən birində “kral klubu” qələbə qazanıb, digərində isə digərində isə heç-heçə (1:1) qeydə alınıb. Madridin hər iki təmsilçisi İspaniya çempionatının XXXV turunda qələbəyə sevinib. “Atletiko” səfərdə “Las Palmas”ın qapısından 5 cavabsız top keçirib, “Real” isə öz meydanında “Valensiya”nı 2:1 hesabı ilə üstələyib. Çempionlar Liqası Yarımfinal mərhələsi, ilk oyunlar 2 may 22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) Baş hakim: Martin Atkinson (İngiltərə) Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
