Heqiqet.Az » dunya » ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq - İŞİD-ə qarşı


ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq - İŞİD-ə qarşı

2-05-2017, 11:49
Çap et
ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq - İŞİD-ə qarşı ABŞ cari ildə Əfqanıstan ərazilərinin İŞİD terror qruplaşmasından azad edilməsini planlaşdırır.
Bunu Birləşmiş Ştatların bu ölkədəki Silahlı Qüvvələrinin nümayəndəsi Bill Salvin bəyan edib.
O qeyd edib: "Bizim 2017-ci ildə onları (İŞİD terrorçuları - red.) məhv etmək üçün yaxşı şansımız var".
B.Salvinin sözlərinə görə, bundan əvvəl regionda 2500-3000 İŞİD terrorçusu var idisə, əməliyyatlar nəticəsində onların sayı hazırda 800 nəfərədək azalıb.
Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.
Reytinq: