"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin Aİ tərəfindən dəstəklənməsi vacibdir"2-07-2015, 11:25
Çap et Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iştirakçılar "Şərq tərəfdaşlığı"nın Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar. Bu xüsusda nazir müavini M.Məmməd-Quliyev Azərbaycan və Aİ arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycanda yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə ASAN xidmətin səmərəli fəaliyyətini qeyd edib. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb. M.Məmməd-Quliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Aİ ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Qeyd olunmalıdır ki, xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşləri növbəlilik əsasında "Şərq tərəfdaşlığı" ölkələrinin paytaxtlarında təşkil olunur və məqsəd tərəfdaş ölkələr və Aİ arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Bundan öncəki qeyri-rəsmi dialoq görüşü 9 sentyabr 2014-cü il tarixində Bakı şəhərində keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.