Elektrik enerjisi və qaz tariflərində artım gözlənilmir4-05-2017, 16:26
Çap et Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, ASC-nin xarici öhdəliklərinin mütləq əksəriyyəti avro, ABŞ dolları və Yaponiya yenində ifadə olunub. "Şirkətin daxilolmalarının milli valyutada olması məzənnə dəyişkənliyini daha da həssaslaşdırır", - deyə məlumatda vurğulanıb. "Fitch" açıqladığı rəqəmlərə əsasən, manat devalvasiyaya uğradıqdan sonra "Azərenerji"nin borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata çatıb. "Devalvasiyadan sonra hökumət "Azərenerji"nin kapitalına yatırım edib ki, bu vəsait dövlət şirkətinin öhdəliklərini qismən örtüb". Bildirilir ki, "Azərenerji"nin maliyyə göstəriciləri və likvidliyi zəifləyib. Bunun da əsas səbəb kimi manatın devalvasiyaya uğraması göstərilir. "Devalvasiya xarici borcun artmasına və tariflərin təyin olunmasında balanslaşdırılmamış mexanizmin yaranmasına səbəb olub. Ötən ilin noyabr ayının 16-da təbii qaz tarifləri təxminən 50% artıb. Halbuki elektrik enerjisinin tarifləri ötən ilin iyun ayında 5%, noyabrın sonunda isə əlavə olaraq 33% artıb. "Azərenerji"dən verilən məlumata görə, elektrik enerjisi və qaz tariflərində artım gözlənilmir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
