Heqiqet.Az » idman » "Mançester Yunayted" minimal hesablı qələbə qazandı


"Mançester Yunayted" minimal hesablı qələbə qazandı

5-05-2017, 11:20
Çap et
"Mançester Yunayted" minimal hesablı qələbə qazandı UEFA Avropa Liqasının yarımfinal mərhələsinin növbəti oyununu keçirilib.
İspaniyanın "Selta Viqo" klubu doğma meydanda İngiltərənin “Mançester Yunayted” klubunu 0-1 hesabı ilə məğlub olub.
Oyunun taleyini həll edən yeganə qol matçın 67-ci dəqiqəsində qeydə alınıb. Markus Reşford 25 metr məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin mayın 3-də keçirilən digər oyununda Hollandiya təmsilçisi “Ayaks” doğma meydanda Fransanın “Olimpik Lion” komandasını 4:1 hesabı ilə məğlub edib.
Reytinq: