XƏBƏRDARLIQ - o şəxslər imtahana buraxılmayacaq15-05-2017, 13:50
Çap et Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bu saata olan məlumata görə, 2858 nəfər qeydiyyatdan keçib, onların 2589-u Azərbaycan bölməsi, 269-u rus bölməsidir. Rezidenturaya qəbul olmaq istəyən namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 184 nəfərdir, onların 158-ci Azərbaycan bölməsi, 26 nəfəri rus bölməsinin məzunlarıdır. Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olub qeydiyyatdan keçməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
