Heqiqet.Az » hadise » İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb


İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

15-05-2017, 17:15
Çap et
İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: