Nazir təhsildən uzun müddət kənar qalmış şəxslərlə bağlı ƏMR imzaladı3-07-2015, 18:45
Çap et Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə təhsil naziri əmr verib. Təhsil naziri Mikayıl Cabbarov uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əsasən əmr verib. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2015-2016-cı dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq ediləcək. Bu tədris planı təhsil nazirinin 29 may 2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun olaraq, uzun müddət təhsildən kənarda qalan şəxslərin təhsilinin təşkilini tənzimləyir. Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin metodkabineti tərəfindən hazırlanıb təsdiq olunacaq. Dərslər həftədə 4 gün olunub. Dərs məşğələlərinin müddəti isə 45 dəqiqədir. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar. Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova həvalə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə təhsil naziri əmr verib.