Heqiqet.Az » sosial » “Sarı zolaq”dakı taksilər: İcazə kağızı kimdən və necə alınır? - DYP açıqladı


“Sarı zolaq”dakı taksilər: İcazə kağızı kimdən və necə alınır? - DYP açıqladı

17-05-2017, 15:45
Çap et
“Sarı zolaq”dakı taksilər: İcazə kağızı kimdən və necə alınır? - DYP açıqladı Son günlər paytaxt küçələrindəki "sarı zolaq”da hərəkət edən avtomobillər sırasında taksi fəaliyyəti ilə məşğul olan "London Taksi" və "189" taksi xidmətinin avtomobillərini də görürük. Maraqlıdır ki, bu cür avtomobillərin Sarı Zolaqda hərəkətinə rəsmi icazə varmı?
Bunu aydınlaşdırmaq üçün taksi şirkətləri ilə əlaqə saxladıq.
"189" taksi xidmətindən bildirilib ki, yayılan məlumat yanlışdır. Lakin Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov Cebhe.info-ya açıqlamasında informasiyanı təsdiqləyib: "Bakı İslam Oyunları 2017”nin Təşkilat Komitəsi tərəfindən "sarı zolaq”da hərəkət edən avtomobillər xüsusi nişanlarla təmin edilir. Bu avtomobillər arasında taksi fəaliyyəti ilə məşğul olan avtomobillər də var. Təşkilat Komitəsi hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq, onların bir neçə avtomobillə "sarı zolağ”a daxil olmasına şərait yaradır”.
V.Əsədovun sözlərinə görə, xüsusi nişanlarla təmin edilən bu avtomobillər həm də yerli vətəndaşların sərnişindaşıması ilə məşğul ola bilər: "Bu ərəfədə həmin avtomobili idarə edənlər sürücülər onlar üçün ayrılan yerlərdə dayanaraq sərnişindaşımanı həyata keçirir”.
Maraqlıdır, sürücülər onlar üçün ayrılan bu nişanları başqa şəxsə verə bilərmi? V.Əsədov bu sualımızı da cavabladı: "Bizə belə bir məlumat daxil olmayıb. Yenə də bildirirəm, nəqliyyat vasitəsi xüsusi nişanlarla təmin olunubsa, onlar "sarı zolaq”da hərəkət edə bilər. Amma bilmirəm ki, şəxs öz nişanını başqasına verə bilər, ya yox. Bu, daha çox təşkilat komitəsinə ünvanlanan sualdır”.
Reytinq: