Daşkəsəndə qəzada xəsarət alanların kimliyi məlum olub22-05-2017, 09:57
Çap et Daşkəsən rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin kimliyi məlum olub.APA -nın qərb bürosunun xəbərinə görə, bunlar Daşkəsən rayon sakini, 1949-ci il təvəllüdlü Rəşid Məmmədov və Göygöl rayon sakini, 1944-cü il təvəllüdlü Yolçu İbrahimovdur. Hər iki sürücü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.Onların yüngül xəsarət aldığı bildirilir. Qeyd edək ki, ötən gecə Daşkəsən rayonunun Quşçu kəndində “Qazel” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyev ölüb, hər iki avtomobilin sürücüsü xəsarət alıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Daşkəsən rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin kimliyi məlum olub.