"Biz idmançılarımızla fəxr edirik" - İlham Əliyev23-05-2017, 14:39
Çap et APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Azərbaycan idmançılarının oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandığını və komanda hesabında birinci olduqlarını nəzərə çatdıran dövlət başçısı bildirib ki, bu, böyük tarixi qələbədir: “Bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Biz idmançılarımızla fəxr edirik. Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi. Bu gün idman ölkəmizdə ictimai proseslərdə xüsusi yer tutur. İdmançılara xüsusi münasibət var. Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
