Heqiqet.Az » dunya » Ərdoğanı Brüsseldə futbolçu qarşıladı


Ərdoğanı Brüsseldə futbolçu qarşıladı

25-05-2017, 10:05
Çap et
Ərdoğanı Brüsseldə futbolçu qarşıladı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Brüsselə gəlib.
Dövlət başçısını Brüssel hava limanında qarşılayanlar arasında Belçika Dövlət Protokol Xidmətinin müdir müavini Alen van Qukt, Türkiyənin NATO yanındakı daimi nümayəndəsi Fatih Ceylan, Avropa İttifaqı yanındakı daimi nümayəndəsi Faruk Kaymakçı və "Trabzonspor" futbol klubunun sabiq oyunçusu İbrahim Yattara da olub.
R.T.Ərdoğan İ.Yattara ilə söhbət edib və xatirə şəkli çəkdirib.
Fotonu Türkiyə dövlət başçısının rəsmi fotoqrafı Yasin Bülbül "İnstaqram" hesabından paylaşıb.

Ərdoğanı Brüsseldə futbolçu qarşıladı
Reytinq: