Deputat: IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam dünyasına böyük hədiyyəsi idi25-05-2017, 17:00
Çap et Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, bu gün İslam dünyasının həmrəyliyə, birləşməyə çox böyük ehtiyacı var: “Son dövrlərdə dünyada, xüsusən Ərəb ölkələrində baş verən proseslər həm də ondan qaynaqlanır ki, İslam dövlətləri bir arada deyillər. Belə bir məqamda cənab Prezident Azərbaycanda “İslam həmrəyliyi ili” elan etdi və bu həmrəyliyə nail olmaq üçün ilk möhtəşəm addım atıldı. 54 İslam dövlətinin idmançıları, nümayəndələri 10 gündən artıq Azərbaycanda oldu, bütün İslam dünyasının diqqəti ölkəmizə yönəldi. IV İslam Həmrəyliyi Oyunları İslam dövlətlərinin həmrəyliyi yolunda atılan çox böyük, təsirli və kütləvi bir addım oldu”. Deputat vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu: “Bu oyunların çox yüksək səviyyədə keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarında Azərbaycanın topladığı zəngin təcrübə, bizim yeni standartlar yaratmaq bacarığımız bu oyunların təşkil olunmasında da özünü biruzə verdi. Azərbaycan idmançıları da çox böyük üstünlük nümayiş etdirərək birinci oldular. Oyunlar çox yüksək əməkdaşlıq şəraitində keçirildi. Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qarşılandı. Azərbaycan bu möhtəşəm oyunlarla İslam dünyasına böyük bir hədiyyə vermiş oldu. Bunun isə şübhəsiz, İslam həmrəyliyinə çox müsbət təsiri olacaq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
