Perunun nüfuzlu radiosunda 28 May - Respublika Gününə həsr edilmiş proqram yayımlanıb30-05-2017, 09:40
Çap et Perunun nüfuzlu “Radio Filarmonia” radio kanalında 28 May - Respublika Gününə həsr edilmiş musiqi proqramı yayımlanıb.Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Perunun Mədəniyyət Nazirliyinin “Radio Filarmonia” radiosunun 102.7 FM kanalında Azərbaycanın Respublika Gününə həsr edilmiş musiqi proqramı yayımlanıb. Proqramın əvvəlində Azərbaycanın himni səsləndirilib, sonra Azərbaycanın Limadakı ofisinin rəhbəri Mehdi Məmmədov çıxış edərək dinləyicilərə ADR-in yaranması, quruculuq və inkişaf tarixi haqqında məlumat verib. Respublikanın musiqi mədəniyyəti haqqında ətraflı danışıb, dinləyiciləri Azərbaycanın klassik musiqisi, muğam və caz sənəti ilə tanış edib. Gün ərzində radioda bir çox tanınmış klassik və müasir bəstəkarlarımızın, musiqiçi və müğənnilərimizin kompozisiyaları səsləndirilib. Proqramda həmçinin, Latın Amerikası və Azərbaycan ansambllarının birgə kompozisiyaları da səslənib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Perunun nüfuzlu “Radio Filarmonia” radio kanalında 28 May - Respublika Gününə həsr edilmiş musiqi proqramı yayımlanıb.