Çində yarış zamanı velosipedçimizin qolu sınıb6-07-2015, 17:44
Çap et Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, yarışın 188 km-lik 2-ci mərhələsi komandamız üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, Samir Cəbrayılov və Aleksandr Surutkoviç 2 dəfə onlardan öndə baş verən toqquşmadan qaça bilməyiblər. İlk epizodda velosipedçilərimiz mübarizəni davam etdirə bilsələr də, 2-ci toqquşma zamanı A.Surutkoviçin sağ qolu sınıb və o, Çin turnirində iştirakını yarımçıq dayandırıb. Digər velosipedçilərimizin çıxışına gəlincə, onların hamısı məsafəni mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçən pelotonun içərisində olublar - 4 saat, 26 dəqiqə, 27 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 12-ci yer. Maksim Averin 25-ci, Matey Müqerli 35-ci, Elçin Əsədov isə 37-ci olub. 2 mərhələdən sonra "Synergy Baku" komanda hesabında 22 kollektiv arasında 2-ci yerdədir. Sabah iştirakçılar Sinin şəhərindən Qinkaya qədər olan dağlıq yollarla 148 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
