“Qarabağ”ın daha bir mümkün rəqibi müəyyənləşib1-06-2017, 12:17
Çap et Litva çempionunun II təsnifat mərhələsində səpələnməmişlərdə olacağı dəqiqləşib. “Jalgiris”dən fərqli, Moldova çempionu “Şerif” Azərbaycan Premyer Liqasının qalibi ilə eyni səbətdə, səpələnmişlərdə qərarlaşacaq. İyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq komandalardan yalnız Polşa çempionunun adı bəlli deyil. Polşa çempionu ilə yanaşı, II mərhələdən mübarizəyə qoşulacaq Slovakiya çempionatının qalibi “Jilina”nın hansı səbətdə qərar tutacağı qeyri-müəyyəndi. Buna Polşada qızıl medalçı müəyyənləşəndən sonra aydınlıq gələcək. Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək. Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz. “Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb səpələnməmiş olan 12 rəqibdən 11-i məlumdusa, biri hələ dəqiqləşməyib. Çempionlar Liqası I təsnifat mərhələsi Səpələnmişlər TNS (Uels) – 5,775 “Linfild” (Şimali İrlandiya) – 3,650 “Vikinqur” (Farer adaları) – 2,950 “Hibernians” (Malta) – 2,800 “Santa-Koloma” (Andorra) – 2,733 Səpələnməmişlər “Alaskert” (Ermənistan) – 2,525 “La Fiorita” (San-Marino) – 1,566 “Europa” (Cəbəllütariq) – 1,500 “İnfonet” (Estoniya) – 1,300 “Trepça” (Kosova) – 1,000 II təsnifat mərhələsi Səpələnmişlər “Seltik” (Şotlandiya) – 42,785 “Zalsburq” (Avstriya) – 40,570 “Kopenhagen” (Danimarka) – 37,800 “Lüdoqorets” (Bolqarıstan) – 34,175 BATE (Belarus) – 29,475 APOEL (Kipr) – 26,210 “Maribor” (Sloveniya) - 21,125 “Qarabağ” (Azərbaycan) – 18,050 “Malmö” (İsveç) – 16,945 “Astana” (Qazaxıstan) – 16,800 “Partizan” (Serbiya) – 16,075 “Riyeka” (Xorvatiya) – 15,550 “Rusenborq” (Norveç) – 12,665 “Şerif” (Moldova) – 11,150 “Hapoel” (Beyer Şeva, İsrail) – 10,875 “Hafnarfyordur” (İslandiya) – 6,175 Səpələnməmişlər “Jalgiris” (Litva) – 5,825 “Dandalk” (İrlandiya) – 5,815 “Vardar” (Makedoniya) – 5,125 “Dudelanj” (Lüksemburq) – 4,975 “Kukesi” (Albaniya) – 4,550 “Zrinski” (Bosniya və Herseqovina) – 4,050 “Buduçnost” (Monteneqro) – 3,300 “Honved” (Macarıstan) – 2,900 “Mariehamn” (Finlandiya) – 2,030 “Spartak” (Latviya) – 1,975 “Samtredia” (Gürcüstan) – 1,525 I təsnifat mərhələsinin 5 qalibi Qeyri-müəyyənlər “Jilina” (Slovakiya) – 5,850 Polşa çempionu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
