Demo Sayt » sou » Səidə Sultanın efir leksikonu: "Cıraram səni"


Səidə Sultanın efir leksikonu: "Cıraram səni"

6-07-2015, 18:33
Çap et
Səidə Sultanın efir leksikonu: "Cıraram səni" “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində nalayiq ifadələr səsləndirilib.
A24.az-ın xəbərinə görə, verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib.
Verilişinə qonaq qismində çağırılan müğənni Rəhim Rəhimli sevgilisindən danışan zaman Səidə Sultan ona evlənməyi təklif edib. Hətta Rəhim Rəhimliyə misal olaraq, evlənəmək istəməyən müğənnilərdən biri kimi Niyam Salaminin adını çəkib. Bu zaman Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə müğənni efirə yaraşmayan sözlərlə reaksiya verib: “Adə, uşağımın xətrinə dəymə, cıraram səni”.
Qeyd edək ki, bir neçə gün öncə bu telekanalın “Günaydın” verilişində də müğənni Mətanət Əsədova şair Əziz Musaoğlu arasında efirdə dava baş vermiş, qeyri-etik ifadələr səsləndirilmişdi.

Reytinq: