Qüdrət Qurbanov Azərbaycanı Dəniz Təhlükəsizliyi Komitəsinin növbəti sessiyasında təmsil edəcək6-06-2017, 12:01
Çap et Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 1995-ci ildən Azərbaycanın üzv olduğu adıçəkilən beynəlxalq təşkilatın sessiyasında ölkəmizi ARDDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Sessiyanın gündəliyində etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT-nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974-cü il tarixli Beynəlxalq Konvensiya”ya (SOLAS), “Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə (IGF Code), “Yüksək sürətli gəmi haqqında 1994-cü il tarixli Beynəlxalq Məcəllə”yə (1994 HSC Code), “Yüksək sürətli gəmi haqqında 2000-ci il tarixli Beynəlxalq Məcəllə”yə (2000 HSC Code), “Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə”yə (LSA Code), “Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə”yə (IMSBC Code) təklif edilən düzəlişlərin qəbul edilməsi məsələləri nəzərdən keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
