Heqiqet.Az » sosial » Sosial sığorta yalnız nağd qaydada ödəniləcək - Qanun dəyişdirilir


Sosial sığorta yalnız nağd qaydada ödəniləcək - Qanun dəyişdirilir

7-06-2017, 17:51
Çap et
Sosial sığorta yalnız nağd qaydada ödəniləcək - Qanun dəyişdirilir Milli Məclis "Sosial sığorta haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır.
Qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində dəyişiklik ediləcək.
Dəyişikliyə əsasən, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödəniləcək.
Qanuna dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.
Reytinq: