Heqiqet.Az » sehiyye » Rəbbi Qasım: “Əsas vəzifəm xalqa xidmətdir”


Rəbbi Qasım: “Əsas vəzifəm xalqa xidmətdir”

15-02-2019, 18:27
Çap et
Rəbbi Qasım: “Əsas vəzifəm xalqa xidmətdir” Danılmaz faktdır ki, son illər Azərbaycan səhiyyəsi əsaslı uğurlara və perspektiv vəzifələrə imza atır. Bu mənada, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.
Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmiş ulu öndər Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Eləcə də ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatları, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsini, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Mən Rəbbi Qasım bütün bu inkişafı canlı şəkildə hər gün izləyir və müşahidə edirəm.
Mən Rəbbi Qasım Mahmud oğlu İran İslam Respublikası vətəndaşıyam və hazırda Azərbaycanda yaşayıram, burada ailə həyatı qurmuşam. Türkəçarə həkimiyəm. Səmimi deyim ki, dünyada yayılmış bir sıra ağır xəstəliklərin müalicəsində səmərəli üsullar tapmışam və bu işdə mənə əziz dostum Kamil Namazov da köməkçi olub. Mən burada - Azərbaycanda xalqın tibbi proseslərinin davamlı hal alması üçün əmək sərf etmək niyyətindəyəm. Məqsədim Azərbaycan xalqına tibbi baxımdan canla-başla xidmət etməkdir.
Şəkər xəstəliyi, öddə olan daşların asan və rahat yolla çıxarılması, babasil, qaymarit, prostat vəzi, katarakta, asma, təngnəfəslik və s. kimi xəstəliklərin tam şəkildə aradan qaldırılması istiqamətində fərqli müalicə qabiliyyətim var. Azərbaycan xalqının xəstəliklərdən yaxa qurtarması üçün bu ölkədə ciddi-cəhdlə çalışmaq, ölkə səhiyyəsinin sədaqətli xidmətçisi olmaq istəyirəm. Bu səbəbdən əlaqədar təşkilatlardan, aidiyyatı orqanlardan xahiş edirəm ki, mənim bu ölkədə tibbi fəaliyyətlə məşğul olmağıma köməklik göstərsinlər.
Açığı, səhiyyə prioritetlərinə böyük önəm verirəm. Tibbi kodekslərin cəmiyyət əsasını daim öz əməli işim və peşəkar həkim bacarığım ilə xarakterizə etmək fikrindəyəm.
Azərbaycanda tibbi sahədə görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Bunlar da Azərbaycan dövləti başçısının əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir.
Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı bundan sonra da səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.
Bir daha inanıram ki, mənim müraciətim aidiyyatı orqanların diqqətinə çatacaq, mənə Azərbaycanda fəaliyyət göstərmək üçün şərait yaradılacaq.

Hörmətlə: Rəbbi Qasım

Əlaqə telefonu: (070) 841-62-88, (055) 744-05-73, (051) 446-18-73

Rəbbi Qasım: “Əsas vəzifəm xalqa xidmətdir”
Reytinq: