Heqiqet.Az » siyaset » Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub

12-06-2017, 10:26
Çap et
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub. Trend-in məlumatına görə, yeni rəis müavinləri Mehdi Dadaşov və Fariz Rzayevdir.
Qeyd edək ki, siyahı Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunub.
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinə Altay Həsənov rəhbərlik edir.
Anar Ələkbərov və Yusuf Məmmədəliyev Azərbaycanın Birinci vitse-prezidentinin köməkçiləridir.
Qeyd edək ki, bu il fevral ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Reytinq: