Heqiqet.Az » iqtisadiyyat » Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı


Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı

12-06-2017, 19:08
Çap et
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Reytinq: