Heqiqet.Az » dunya » Keniyada bina uçdu - Dağıntılar altında qalanlar var


Keniyada bina uçdu - Dağıntılar altında qalanlar var

13-06-2017, 10:31
Çap et
Keniyada bina uçdu - Dağıntılar altında qalanlar var Keniyanın paytaxtı Nayrobidə 7 mərtəbəli bina uçub. Nayrobi Xilasetmə Xidməti uçulan binanın dağıntıları altında azı 15 nəfərin itkin düşdüyünu bildirib.
Hadisənin baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.
İnsident yaşayış məntəqəsində baş verib. Hazırda ərazi nəzarətə götürülüb, hadisə yerinə digər təcili xidmət əməkdaşları cəlb edilib. Dağıntılar altında qalmış insanların həyatlarının xilas edilməsi və ya cəsədlərin çıxarılması istiqamətində iş aparılır.
Reytinq: