Dövlət Gömrük Komitəsi: “Ermənistanla heç bir xarici ticarət əməliyyatları həyata keçirilmir”7-07-2015, 11:00
Çap et "Bu cür informasiyaların heç bir əsası yoxdur"Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan Ermənistana mal ixracına dair məlumatlarla bağlı açıqlama yayıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, açıqlamada bildirilir ki, son günlər bəzi yerli KİV-də Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt yer alıb. "Orada göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Bu cür informasiyaların heç bir əsası yoxdur"