Heqiqet.Az » dunya » Təyyarə qəzasında ölənlərdən 81-nin cəsədi tapılıb


Təyyarə qəzasında ölənlərdən 81-nin cəsədi tapılıb

13-06-2017, 15:56
Çap et
Təyyarə qəzasında ölənlərdən 81-nin cəsədi tapılıb Myanma Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Andaman dənizində qəzaya uğraması nəticəsində həlak olanlardan 81-nin cəsədi tapılıb.
Ölkənin hərbi qurumunun yaydığı məlumatda deyilir ki, artıq 6 gündür davam edən axtarış işləri zamanı sonuncu 5 cəsəd Maunqmakan çimərliyində aşkar edilib. Axtarış işlərinə 9 hərbi gəmi, 5 təyyarə və 2 helikopter cəlb olunub.
Xatırladaq ki, hərbçilərin ailələrini Myanmanın cənubunda yerləşən Mıey şəhərindən Yanqona aparan hərbi-nəqliyyat təyyarəsi iyunun 7-də yerli vaxtla günorta saatlarında Andaman dənizi üzərindən keçən zaman radarlardan itib. Elə həmin gün qəzanın baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları aşkarlanıb. Təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 14 ekipaj üzvü, 108 hərbçi və onların ailə üzvləri olub.
Reytinq: