10 YENİ PLANET aşkarlandı21-06-2017, 11:02
Çap et Rəsmi məlumatlara görə, teleskop Günəş sisteminin xaricində dünya böyüklüyündə və həyat ehtimalı olan 10 yeni planet aşkarlayıb. NASA-nın Kaliforniyadakı Elmi Araşdırmalar üzrə Astrofiziki Kepler proqramı çərçivəsində çalışan alim Mario Perez kəşflə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu naməlum planetlərin qalaktikadakı tezliklərini anlamaq və başqa bir dünya yarada bilmə missiyalarının olub-olmadığını dəqiqləşdirmək üçün NASA daxil olan informasiyalardan mümkün qədər çox faydalanacaq. Alimlər Kepler teleskopu ilə bu günə qədər 4034 planet kəşf edildiyini və bunlardan 2335-nin Samanyolu Qalaktikasının xaricində olduğunu qeyd edib. Kepler Teleskopu kosmos müşahidələrinə ilk dəfə 7 mart 2009-cu ildə başlayıb. 2018-ci ilin oktyabrında yeni nəsil Ceyms Vebb Teleskopunun istifadəyə verilməsi ilə Kepler Teleskopunun aşkarladığı planetlər daha dərindən təhlil ediləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
