Nəyə görə məhz Vaqif Əsədov?!21-06-2017, 17:41
Çap et Son günlər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovla bağlı məqalələr geniş auditoriyaya təqdim edilməkdədir. Maraq doğuran odur ki, o qədər də əhəmiyyət kəsb etməyən bir mövzunun bu qədər qabardılmasında və ictimailəşməsində kimlər maraqlıdır? Vaqif Əsədovun yaşadığı evin görüntülərini də mətbuatda işıqlandırmaqla bir daha sübut etdilər ki, polkovnik kiminsə “qəzəbinə” tuş gəlib. Baş verənlərlə bağlı bir neçə dəfə açıqlama verən Vaqif Əsədovun kəskin və tutarlı ifadələri belə qarşı tərəfin dumanlanmış beyinlərini təmizləyə bilmədi. Dərc olunan informasiyalardan belə nəticəyə gəlmək olar ki, jurnalistlər üçün tikiləcək evlərdən uzun müddətdir ki, mətbuat sahəsində çalışan Vaqif Əsədovun faydalanmaq istəyi kimlərisə möhkəm qıcıqlandırır. Səbəb kimi isə onun şəxsi evinin olması göstərilir. Çox hörmətli həmkarlar! Maraqlı orasıdır ki, bu günə qədər həmin mənzillərdən pay sahibinə çevrilənlərin demək olar ki, hamısı kifayət qədər təminatlı adamlardır. Nədən cürət edib həmin şəxslərin yaşadıqları evləri və sahib olduqları varidatı ictimai müzakirəyə çıxartmırsınız? Həmin mənzillərə sahib olan şəxslərin fəaliyyətini araşdırarkən belə qərara gəlmək olar ki, Vaqif Əsədovun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi fəaliyyəti heç də o birisilərdən aşağı deyil. Bəlkə də yüksəkdir. Bütün günü kabinetlərində kresloya yıxılanlardan fərqli olaraq Vaqif Əsədov xidməti işi ilə əlaqədar BŞDYP-nin binasına yaxın düşməkdən məhrum olub. Neçə illik fəaliyyətimiz ərzində Vaqif Əsədovu kabinetdə deyil, ancaq Bakı küçələrində görə bildik. Müşahidələrimiz dediklərimiz üçün əsasdır. Hər kəs hansısa fikri söyləyərkən vicdanının səsinə qulaq assa daha məqsədəuyğun olar. Ölkə mətbuatı üçün daim açıq olan Vaqif Əsədovun xidmətlərini layiqincə qiymətləndirməyə çalışaq. Yeri gəlmişkən, Vaqif Əsədov mərhəmətli və xeyirxah insan kimi xarakterizə olunur. Şübhə etmirik ki, gələcəkdə polkovniki milyonlarla pul vəsaitinə və ticarət obyektlərinə malik olan oliqarx kimi də təqdim edə bilərlər. Bu zaman isə əminliklə deyə bilərik ki, Vaqif Əsədov bütün varidatını bu “faktları kəşf edən” şəxslərə düşünmədən hədiyyə edəcək. http://vediinfo.az/redaktor-secimi/2216-neye-gore-mehz-vaqif-esedov.html Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Son günlər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovla bağlı məqalələr geniş auditoriyaya təqdim edilməkdədir. Maraq doğuran odur ki, o qədər də əhəmiyyət kəsb etməyən bir mövzunun bu qədər qabardılmasında və ictimailəşməsində kimlər maraqlıdır? Vaqif Əsədovun yaşadığı evin görüntülərini də mətbuatda işıqlandırmaqla bir daha sübut etdilər ki, polkovnik kiminsə “qəzəbinə” tuş gəlib. Baş verənlərlə bağlı bir neçə dəfə açıqlama verən Vaqif Əsədovun kəskin və tutarlı ifadələri belə qarşı tərəfin dumanlanmış beyinlərini təmizləyə bilmədi. Dərc olunan informasiyalardan belə nəticəyə gəlmək olar ki, jurnalistlər üçün tikiləcək evlərdən uzun müddətdir ki, mətbuat sahəsində çalışan Vaqif Əsədovun faydalanmaq istəyi kimlərisə möhkəm qıcıqlandırır. Səbəb kimi isə onun şəxsi evinin olması göstərilir.