Heqiqet.Az » dunya » Tramp ordu komandanının istefasını tələb etdi


Tramp ordu komandanının istefasını tələb etdi

3-08-2017, 11:45
Çap et
Tramp ordu komandanının istefasını tələb etdi Prezident Donald Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı Con Nikolsonun istefasını tələb edib.
Bu barədə NBC telekanalı məlumatlı mənbəyə istinadən xəbər verib.
“Biz Əfqanıstanda müharibədə məğlub oluruq. Buna görə, qoşunların rəhbərliyində rotasiyaya ehtiyac var. Biz qalib gəlmirik, uduzuruq”, deyə D.Tramp
Məlumata əsasən, Tramp həmçinin ABŞ-ın NATO üzrə müttəfiqlərinin fəaliyyəti ilə bağlı dərin narazılığını ifadə edib.
Qeyd edək ki, Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” silahlılarının NATO qüvvələrinin konvoyuna hücumu nəticəsində iki amerikalı hərbçi həlak olub.
Reytinq: