Nazirlik 73 min manat gecikdirilmiş ödənişin işçilərə ödənilməsini təmin edib3-08-2017, 15:05
Çap et Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin vəsaitin 67 716 manatı (92,2%) gecikdirilmiş əmək haqlarından, 3 701 manatı (5%) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi zərərə görə ödənclərdən ibarət olub. Vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı işçilərin qeyri-qanuni şəkildə işdən azad edildikləri müəyyən olunaraq, onların yenidən əvvəlki işlərinə bərpa edilmələri də təmin olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər arasında əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsinə dair norma və standartlar barədə məlumatlandırma işlərini də davam etdirib. Eyni zamanda, yanvar-iyul aylarında xidmətin xətti ilə ölkənin müxtəlif orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsasları və s. barədə uşaqlara ətraflı məlumatlar verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
