Demo Sayt » idman » Kipr Azərbaycandan uzaqlaşdı – UEFA reytinqi


Kipr Azərbaycandan uzaqlaşdı – UEFA reytinqi

4-08-2017, 13:12
Çap et
Kipr Azərbaycandan uzaqlaşdı – UEFA reytinqi Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutan son 27 qarşılaşma cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.
Bu dəyişikliklər Azərbaycandan yan ötüb. “Qəbələ” öz meydanında Yunanıstan “Panatinaikos”una 1:2 hesabı ilə uduzub. Nəticədə təmsilçimiz ölkəmizin hesabına xal əlavə edə bilməyib.
Bununla da mövsümlük qazancımız dəyişməz qalıb. Ümumilikdə 2,625 xal topladığımız mövsümdə “Qarabağ” hamıdan çox- 0,875 xal gətirib. Artıq mübarizəni dayandıran klublarımızdan “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xalla bunda pay sahibi olub.
Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,375-də qalıb. Ən yaxın izləyicimiz Belarus bizə çatmaq, Bolqarıstan isə yaxınlaşmaq imkanını əldən verib. Beləliklə, 22-ci pillədə qalan ölkəmizi 23-cü sıradakı Belarus izləyir. Onlardan cəmi 0,125 xal öndə olan Azərbaycan 21-ci olan Kiprdən 1,050 xal geridədi. Sonuncular AEK və “Apollon”un xalları sayəsində bizdən bir az da uzaqlaşıb.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 89,212 xal.
Reytinq: