Bakıda temperatur iqlim normasından 4 dərəcə yüksəkdir - RƏSMİ9-08-2017, 11:29
Çap et Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub. G. Məmmədova deyib ki, bu gün də havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir: "Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur. Bu günə kimi temperaturla bağlı rekord yenilənməyib. 2015-2016-cı illərdə də belə isti hava şəraiti qeydə alınıb və Bakı və Abşeron yarımadasında temperatur 40-41 dərəcə olub. Bu gün paytaxtda havanın temperaturunun 35-40°, bəzi yerlərdə 42°, bölgələrdə 35-40°, Naxçıvan və Mərkəzi Aran rayonlarının bəzi ərazilərində 42-43, dağlıq ərazilərdə 30-34° isti olacağı gözlənilir. Əgər bu gün Bakı və Abşeronda 42 dərəcə temperatur qeydə alınarsa, o zaman rekord yenilənə bilər”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
