Müayinədən sonra 8 cütlük evlənməkdən İMTİNA ETDİ10-08-2017, 14:56
Çap et Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, bu ay ərzində ümumilikdə 17793 nəfər müayinədən keçib. "Müayinədən keçən 5 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb. Onların hər biri ilə əlaqə saxlayaraq hamiləliyin 12-18-ci həftələrində perenatal müayinəyə gəlmələri bildirilib. Bu cütlüklərin heç biri nikahdan imtina etməsə də, 2015-ci ildən aparılan müayinələr nəticəsində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 7-8 cütlük ailə qurmaqdan imtina edib”. Z.Əlimirzəyeva bildirib ki, nikahdan əvvəl müayinələr başlanandan ümumilikdə 114 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb: "Onlardan 50-dən çoxu hamilədir, bu vaxta qədər 40-ı perenatal müayinələrdən keçib. Bu müayinələr nəticəsində 7 uşaqda xəstəlik aşkarlanıb. Onlar ailələrin razılığı əsasında abort edilib. Digər uşaqlar isə sağlam və daşıyıcıdırlar”. Direktor bildirib ki, 2017-ci ilin 7 ayında 80930 nəfər müayinədən keçib. Onlardan 2411 nəfərdə talassemiya daşıyıcılığı, 313 nəfərdə siflis, 62 nəfərdə QİÇS aşkarlanıb. Bu il hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklərin sayı 24-dür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
